Hər uşağın ehtiyacı fərqlidir

İnklüziv və xüsusi təhsil

Dörd fərqli formanı ayırırıq: ümumi sinifdə dəstəklə birgə təhsil, xüsusi məktəb, ümumi məktəbdə ayrıca xüsusi sinif və evdə fərdi təhsil. Hər qeyd rəsmi mənbə və tədris ili ilə göstərilir; siyahıda olmamaq «yoxdur» demək deyil. Bu bölmə diaqnoz qoymur və təhsil formasını təyin etmir — qərarı komissiya və valideyn birgə verir.

Təhsil formaları

Uşaq ümumi sinifdə, lazımi dəstəklə, yaşıdları ilə birgə oxuyur. Siyahı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin «İnklüziv təhsil» layihəsinin tətbiq olunduğu məktəblər siyahısına əsaslanır. Pandus, ayrıca xüsusi sinif və ya məktəbin «xüsusi» profili inklüziv sinfin olduğunu təsdiq etmir.

BŞTİ siyahısı · 2025/26 · yoxlanıb 14.12.2025

Kataloqda filtrlə baxBaşqa şəhərlərdə daha 1 qeyd — «Bütün Azərbaycan» seçin.
Mənbələr və yenilənməTədris ili, arxiv surətləri, məlum uyğunsuzluqlar
  • BŞTİ-nin 2025/26 hesabatında 41 inklüziv məktəb göstərilir; həmin siyahı hələ yoxlanılmadığından saytda yalnız rəsmi səhifədəki 30 məktəb təsdiqlənmiş sayılır. 34 nömrəli məktəb ayrıca yoxlanılmalıdır və avtomatik əlavə edilməyib.
  • Dörd forma bir-birindən ayrı saxlanır: inklüziv sinif (ümumi sinifdə birgə təhsil), xüsusi məktəb (ayrıca müəssisə və proqram), xüsusi sinif (ümumi məktəbdə ayrı sinif) və evdə fərdi təhsil. Bir məktəb eyni vaxtda bir neçə siyahıda ola bilər.
  • Siyahılar rəsmi səhifə dəyişəndə əl ilə yenilənir. Hər məktəbin profilində mənbə, tədris ili və yoxlama tarixi göstərilir; uyğunsuzluq görsəniz, düzəliş təklif edin.

Faydalı materiallar

Komissiya, sənədlər, müayinə və evdə təhsil — addım-addım bələdçilər.

Oxumaq üçün

Redaksiyanın autizm və məktəbdə uyğunlaşma üzrə yazıları.

Autizmli uşaq sinifdə “naz etmir” — səs, işıq və qarışıqlıq onun üçün necə hiss oluna bilər?

Məktəb zəngi, stulların səsi, dəhlizdə yüzlərlə uşaq, parlaq işıq, yeməkxananın qoxusu... Bizim üçün adi olan məktəb günü bəzi autizmli uşaqlar üçün çox ağır sensor yükə çevrilə bilər. Uşağın davranışının arxasında nə olduğunu necə anlamaq olar?

Oxu

Birinci dərs sentyabrda başlamır — autizmli uşağı məktəbə necə hazırlamaq olar?

Autizmli uşaq üçün məktəbə hazırlıq yalnız çanta və forma almaq deyil. Məktəbin qapısını, müəllimi, tualeti, zəngi və hətta evə qayıtma yolunu əvvəlcədən tanımaq ilk günü tamamilə dəyişə bilər.

Oxu

Müəllim övladınızı diaqnozdan yox, bir səhifədən tanısın

“Övladım autizmlidir” müəllim üçün vacib məlumatdır, amma uşağı tanımaq üçün kifayət deyil. Müəllim bilməlidir: onunla necə danışmaq, onu nə narahat edir, nə sakitləşdirir və hansı anda köməyə ehtiyacı olur.

Oxu

Sualınızı birlikdə aydınlaşdıraq

Şəxsi məlumatları paylaşmadan məktəb və ya bələdçi üzrə sual verə bilərsiniz.

Sual ver